Koçaryan gileyləndi: "Suverenliyi, vətəndaşlarımızı qoruya bilmirik"

      Koçaryan gileyləndi: "Suverenliyi, vətəndaşlarımızı qoruya bilmirik"
  21 Sentyabr 2021    Oxunub:910
Ermənistanın ikinci prezidenti, müharibə cinayətkarı Robert Koçaryan müstəqillik günü münasibətilə xalqa müraciət edib. Azvision.az xəbər verir ki, o, müraciətində ölkənin düşdüyü ağır durumdan gileylənərək əvvəllər qürur duyduqları ordu ilə indi vətəndaşları qoruya bilmədiklərini etiraf edib.
- Bu gün müstəqilliyimizin otuzuncu ildönümünü qeyd edirik. Amma bu əlamətdar gündə yaşamalı olduğumuz bir sevinc yoxdur. Ağır məğlubiyyətdən, torpaq itkilərindən, suverenliyimizin qismən itirilməsindən və minlərlə taleyin məhv olmasından sonra bu bayramı ilk dəfə qeyd edirik.

Cəmi bir il əvvəl silahlı qüvvələrimizlə qürur duyurduq. Cənubi Qafqazda geosiyasi uyğunlaşmanın vacib amili idik.

Ancaq bu gün nəinki Qarabağın "təhlükəsizliyinin qarant"ı olmağı dayandırdıq, həm də suverenliyimizi, vətəndaşlarımızı qoruya bilmirik. Ölkəyə güc və geosiyasi dəyər verən son otuz il ərzində qürur duyduğumuzu itirdik.

Dövlətlər milli rifah, milli birlik əsasında qurulur. Məğlubiyyəti simvollaşdıran güc ilham və yaradıcılıq mənbəyi ola bilməz.

Bu gün müstəqillik günü münasibətilə təbrik edərək, millətin milli fəlakətə səbəb olan qüvvədən xilas olmaq üçün güc tapacağına ümid və əminlik bildirmək istəyirəm. Güclü və çiçəklənən Ermənistan qurmağın başqa yolu yoxdur.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koçaryan   Müstəqillik   Ermənistan  





Xəbər lenti