Trüdonun partiyası parlament seçkilərində qalib gəlib

 Trüdonun partiyası parlament seçkilərində qalib gəlib
  21 Sentyabr 2021    Oxunub:1053
Kanadanın baş naziri Castin Trüdonun rəhbərlik etdiyi hakim Liberal Partiyası ölkədə keçirilən erkən parlament seçkilərində qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Kanadanın seçki komissiyası məlumat yayıb.

Liberallar indiyədək 31,8% səslə 338 seçki dairəsindən 157-ni qazanıb. Mühafizəkarlar Partiyası isə 121 seçki dairəsində qalib gəlib.

Üçüncü yerdə 32 bölgə üzrə 8,1%-lə qalib gələn Kvebek bloku, sonrakı yerlərdə Yeni Demokrat Partiyası (26, 17,6%) və Yaşıllar ( 2,3%) qərarlaşıb.

Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Erin O'Tul baş nazir Castin Trüdonu erkən parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib: "Bu gün Trüdo ilə danışdım və çətin qələbə münasibətilə onu təbrik etdim. Bu seçkidə kanadalılar Trüdoya parlamentdə istədiyi çoxluğu vermədilər. Əgər liberallar 18 ay sonra yeni seçki keçirmək istəsələr , kanadalıları Mühafizəkarlar Partiyasını dəstəkləməyə çağırıram".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kanada   Seçki  





Xəbər lenti