Rusiyada Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlanıb

  21 Sentyabr 2021    Oxunub :434
 Rusiyada Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlanıb
“Vahid Rusiya" partiyası protokolların 100 faizinin sayılmasından sonra 49,82 faiz səs toplayaraq Dövlət Dumasına seçkilərdə qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyanın (MSK) məlumatında bildirilir.

Qeyd olunub ki, Kommunist Partiyası 18,93 faiz, Liberal Demokrat Partiyası 7,55 faiz, "Ədalətli Rusiya 7,46 faiz səs toplayıb. Həmçinin, mövcud məlumatlara görə, "Yeni İnsanlar" partiyası 5,32, faiz səslə Dumaya daxil olub.

Rusiyada parlament və yerli idarəetmə orqanlarına seçkilər sentyabrın 17-dən 19-dək keçirilib. Seçkilərdə iştirakçılıq 51%-i ötüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Seçki  







Xəbər lenti