"Ermənistan kommunikasiyaların açılmasında maraqlıdır" - Paşinyan

   "Ermənistan kommunikasiyaların açılmasında maraqlıdır" -    Paşinyan
  20 Sentyabr 2021    Oxunub:1049
"Ermənistan 25 ildən artıqdır ki, mövcud olan blokadanı aşmağı nəzərdə tutan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır".
Azvision.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan İrəvanda Rusiyanın baş nazirinin müavini Aleksey Overçukla görüşdə bildirib.

"Biz kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq, çünki bunu Ermənistanın 25 ildən çoxdur davam edən blokadasını aradan qaldırmaqda bir fürsət olaraq görürük. Ümid edirik ki, işlərimizin nəticəsi olaraq konkret qərarlara gələcəcyik”, - Paşinyan deyib.

O, regional əlaqələrin açılmasını müzakirə etmək üçün yaradılan Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli qrupun işini təşkil etdiyinə görə Overçuka minnətdarlığını bildirib: "İqtisadiyyatımızın inkişafı və Avrasiya İqtisadi İttifaqına inteqrasiyamız üçün yeni imkanlar açacaq Rusiya ilə dəmir yolu əlaqəsi əldə etmək bizim üçün vacibdir”.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumunda iştirak edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Rusiya   Kommunikasiya  





Xəbər lenti