"Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması ÜDM-i artıracaq"- Erməni nazir

  "Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması ÜDM-i artıracaq"- Erməni nazir
  20 Sentyabr 2021    Oxunub:638
Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması iki il ərzində Ermənistanda ÜDM-i 30% qaldırmağa kömək edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumu zamanı bildirib.

Nazirin sözlərinə görə, bunlar təkcə Ermənistan tərəfinin qiymətləndirmələri deyil. Belə məlumatlar Dünya Bankı və Asiya İnkişaf Bankının analizlərində də qeyd olunur.

-Hamımız anlayırıq ki, yolların açılması ümumi iqtisadi inkişaf layihələrimizin rəqabət qabiliyyətini artıracaq. İkitərəfli danışıqlarda iştirak edən Rusiya şirkətləri və təşkilatları da bunu nəzərə alır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Kommunikasiya  





Xəbər lenti