Peskov Putinin səhhəti barədə danışıb

Peskov Putinin səhhəti barədə danışıb
  20 Sentyabr 2021    Oxunub:633
"Rusiya Prezidenti Vladimir Putinin özünü çox yaxşı hiss edir, lakin bu həftə də özünütəcrid vəziyyətində çalışmağa davam edəcək".
Azvision.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident özünü əla hiss edir və işləyir. Bu həftə tədbirlər əsasən videoformatda davam edəcək”, - Peskov vurğulayıb.

Putin keçən çərşənbə axşamı ətrafında koronavirusa yoluxma hallarının çox olduğunu deyərək özünütəcrid rejiminə keçib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Vladimir-Putin  





Xəbər lenti