Ərdoğan Rusiyaya səfər edəcək

 Ərdoğan Rusiyaya səfər edəcək
  20 Sentyabr 2021    Oxunub:994
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq gedir.

“Prezidentlər ikitərəfli əlaqələrin hazırkı durumunu, beynəlxalq gündəmin aktual məsələlərini, həmçinin Suriyadakı vəziyyəti və digər regional münaqişələri müzakirə edəcəklər", - Peskov deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti