"Paşinyan erməni xalqını ələ salır"- Kazinyan

   "Paşinyan erməni xalqını ələ salır"-   Kazinyan
  20 Sentyabr 2021    Oxunub:1158
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan ölkəsinin düşdüyü siyasi və iqtisadi böhrandan gileylənib.
Azvision.az xəbər verir ki, yerli mediaya açıqlama verən Kazaryan xalqın baş nazir Nikol Paşinyanın ölkəni ağır duruma salmasına şərait yaratdığını deyib.

"2020-ci ilin martın 16-da Ermənistanda COVID-19-dan yalnız 17 ölüm hadisəsi qeydə alınmışdı. O zaman hökumət ölkədə fövqəladə vəziyyət elan etdi, Ermənistan Respublikası Milli Assambleyasının növbədənkənar iclasını çağırdı və hüquqlarımızı məhdudlaşdıran bir sıra tədbirlər gördü. Minlərlə insanın ölümünə səbəb olan xəstəliyin qarşısının alınmasına və ya yayılmasına təsir etməyən bu rejimin ömrü də uzandı.

2021-ci ilin sentyabrın 17-si tarixinə olan məlumata görə, 1011 yeni xəstəlik qeydə alındı, 16 vətəndaş isə öldü. Ümumilikdə isə son günlərdə rəqəmlər xəstələnmə və ölüm hallarının kəskin artdığını göstərir. Lakin eyni hökumət Ermənistanın 30 illik yubileyinin "rəngarəng" qeyd edilməsi, geniş miqyaslı kütləvi bayramların təşkil etmək fikrini heç bir halda rədd etmir".

Kazinyan qeyd edib ki, Nikol Paşinyan bütün erməni xalqını ələ salır. Ona bu haqqı ələ salmalara hər gün dözən xalqın özü verib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti