"Moskva, Bakı və İrəvan nəqliyyat əlaqələrini açmaqda qərarlıdır" - Overçuk
O bildirib ki, üçtərəfli İşçi Qrupunun iclasları keçirilir: “Sonuncu yeddinci iclas avqustun ortalarında Moskvada baş tutdu. Bütün tərəflər bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokadan çıxmasında qərarlıdır. Bunun necə ediləcəyi ilə bağlı müzakirələr gedir”, - Overçuk söyləyib.
Onun fikrincə, nəqliyyat marşrutlarının bərpasının Ermənistanla Rusiya arasında ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacağı aydındır.
Öz növbəsində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan uzun illər nəqliyyat əlaqəsi məsələsində məhdudiyyətlərin olduğunu qeyd edib. Qriqoryan bildirib ki, kommunukasiyaların açılmasının iqtisadiyyata müsbət təsir edəcəyi məlumdur, lakin konkret rəqəmlərdən danışmaq hələ tezdir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya Ermənistan