Ceyhun Bayramov ABŞ-a gedib

  20 Sentyabr 2021    Oxunub :343
   Ceyhun Bayramov ABŞ-a gedib
Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.
Bu barədə " Azvision.az -a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Azvision.az

Teqlər: XİN   ABŞ  







Xəbər lenti