Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarılıb

  20 Sentyabr 2021    Oxunub :305
Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarılıb
Bir neçə gün öncə Azərbaycan ərazisinə keçmiş Ermənistan vətəndaşları qarşı tərəfə təhvil verilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX)məlumat yayıb. Qeyd edilir ki, gecə saatlarında baş tutan prosesdə Ermənistan MTX-sı ilə yanaşı Rusiya Federal Təhlükəsizlik Xitmətinin sərhədçiləri də iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın MTX-sı Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb. Ermənistan onların Gorus yolunda azdıqlarını iddia edir.

Tural Tağıyev
Azvision.az

Teqlər:







Xəbər lenti