Palma adasında vulkan püskürüb: Sakinlər evakuasiya olunur- VİDEO

  Palma adasında vulkan püskürüb: Sakinlər evakuasiya olunur-   VİDEO
  19 Sentyabr 2021    Oxunub:1731
İspaniyanın Atlantik okeanındakı Palma adasında bir həftə davam edən seysmik aktivlikdən sonra vulkan püskürüb.
Azvision.az xəbər verir ki, bu səbəbdən səlahiyyətlilər 1000 nəfərə yaxın yerli sakinin təxliyəsini sürətləndiriblər.

Bu gün həmçinin adada 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, 85 min əhalisi olan Palma Afrikanın qərb sahilindəki İspaniyaya məxsus Kanar Adaları arxipelaqının səkkiz adasından biridir. Kanar adalarında sonuncu dəfə vulkan püskürməsi 2011 -ci ildə "Hierro" adasının sahillərində baş verib. O zaman püskürmə beş ay davam etmişdi.



Tural Tağıyev
Azvision.az



Teqlər: Vulkan  





Xəbər lenti