Çində gəmi qəzası nəticəsində 10 nəfər ölüb

Çində gəmi qəzası nəticəsində 10 nəfər ölüb
  19 Sentyabr 2021    Oxunub:658
Çinin Quycou vilayətindəki Canke çayında sərnişin gəmisinin aşması nəticəsində 10 nəfər həlak olub.
Azvision.az xəbər verir ki, sentyabrın 18-də axşamüstü baş verən qəzadan sonra hadisə yerinə cəlb olunan xilasedicilər 39 nəfəri çaydan çıxara biliblər. Buna baxmayaraq, onlardan 8 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin sağlamlıq vəziyyəti kafi qiymətləndirilir.

İtkin düşmüş hesab olunan 5 nəfərin axtarışları hazırda davam edir.

Qeyd edək ki, sentyabrın 18-də Canke çayının eyniadlı qəsəbədən keçən hissəsində sərnişin gəmisi aşıb. Bildirilir ki, qəzaya gəminin icazə verilən həddən çox sərnişin götürməsi səbəb olub. Səlahiyyətli qurumlar qəza vaxtı gəmidə dəqiq neçə nəfərin olduğunu müəyyən etməyə çalışır.

Azvision.az


Teqlər: Çin   gəmi   qəza  





Xəbər lenti