Makron Baydenlə gəmi qalmaqalını müzakirə edəcək

 Makron Baydenlə gəmi qalmaqalını müzakirə edəcək
  19 Sentyabr 2021    Oxunub:851
Fransa və ABŞ prezidentləri yaxın günlərdə Avstraliyanın Parislə sualtı qayıqlara dair müqaviləni ləğv etməsinin səbəb olduğu diplomatik böhranı müzakirə edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Fransa hökumətinin sözçüsü Qabriel Attalın sözlərinə görə, Fransa sualtı qayıqların sifarişinin ləğvi ilə bağlı izahat istəyəcək.

Qeyd edək ki, ABŞ və İngiltərə, yeni "AUKUS" bloku çərçivəsində Avstraliyaya özünün nüvə sualtı donanmasını yaratmağa kömək edəcəyini vəd edib.

Nəticədə, Avstraliya Fransa ilə bağlanmış 56 milyard avro dəyərində olan və 12 sualtı qayığının tədarükünü nəzərdə tutan müqaviləni pozub. Rəsmi Paris müttəfiqlərin bu addımını "kürəyə sancılan bıçaq" adlandırıb.

Fransa həmçinin yeni hərbi müqaviləyə etiraz olaraq ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Fransa   ABŞ   Prezident  





Xəbər lenti