Azərbaycanlı qadın Türkiyədə qətlə yetirildi

   Azərbaycanlı qadın Türkiyədə qətlə yetirildi
  19 Sentyabr 2021    Oxunub:728
Azərbaycanlı qadın Türkiyədə öldürülüb. Azvision.az - ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, qətl Nevşehirdə baş verib.
Azərbaycanlı Tərhanə Yamanı tanışı Duran Aşar qətlə yetirib. Hadisəyə səbəb onların mübahisə etməsi olub. D. Aşar 53 yaşlı qadına tüfənglə atəş açaraq onu öldürüb. Cinayəti törətdikdən sonra həmin şəxs Kayseridə özünü qatarın altına ataraq intihar edib.

Azvision.az


Teqlər: Qətl  





Xəbər lenti