Çində təhsil alan azərbaycanlı idmançı vəfat etdi

   Çində təhsil alan azərbaycanlı idmançı vəfat etdi
  18 Sentyabr 2021    Oxunub:805
Çinin Pekin İdman Universitetində təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, gənc idmançı uzun sürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, 2010-cu ildən Azərbaycan Uşu Federasiyasının fəal üzvü olan Sadiq Həsənov, uzun illər idmanın döyüş növləri- Kinqboks, Tayboks və Uşu-sanda ilə məşğul olub. Bu döyüş növləri üzrə dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb. 2010-2015-ci illərdə Uşu üzrə Azərbaycan çempionatının qalibi olub.

Sadiq Həsənov eyni zamanda Çində bir sıra filmlərin çəkilişində də iştirak edib.

Azvision.az


Teqlər:





Xəbər lenti