Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub

   Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub
  18 Sentyabr 2021    Oxunub:990
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Azvision.az - a Fariz Babayev məlumat verib.

O, bildirib ki, bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Vüqar Qurbanov sentyabrın 16-da imzalayıb.

TƏBİB sədrinin əmri ilə bununla bağlı digər məsələlərin həlli “Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.

Azvision.az





Teqlər:





Xəbər lenti