Fransada minlərlə insan quş ovu qadağasına etiraz edir

Fransada minlərlə insan quş ovu qadağasına etiraz edir
  18 Sentyabr 2021    Oxunub:814
Fransada ənənəvi quş ovçuluğunun qadağan edilməsi kütləvi etiraz aksiyalarına səbəb olub. Ölkənin bir sıra şəhərlərində bu qadağaya qarşı aksiyalar keçirilir.
Azvision.az Fransa KİV-lərinə istinadən xəbər verir ki, nümayişçilər 2022-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində öz maraqlarını qorumaq istəyirlər.

Aksiya Milli Ovçular Federasiyası tərəfindən təşkil olunub.

Polisin məlumatına görə, Amenidə 12 min, Redonda doqquz min, Mon-de-Marsanda 13 min adam aksiyaya qatılıb. Prezidentliyə namizəd, O-de-Frans bölgəsi şurasının rəhbəri Ksave Bertran da aksiyada iştirak edib.

Avqust ayında Fransa Dövlət Şurası quş ovçuluğunun bir neçə ənənəvi üsulunu qanunsuz elan edib. Bəzi quş növlərini ovlamaq üçün torlardan, tələlərdən və qəfəslərdən istifadə qadağan edilib. Dövlət Şurası 30 noyabr 2009-cu il tarixli quşların növləri fərqləndirilmədən kütləvi şəkildə ovlanmasını qadağan edən Avropa quş direktivinə istinad etdi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa   Aksiya  





Xəbər lenti