Paşinyanın Batumda itməkliyi

   Paşinyanın Batumda itməkliyi
  19 Sentyabr 2021    Oxunub:5459
Nikol Paşinyan ötən həftənin ortalarında Gürcüstana etdiyi rəsmi səfərinə Qara dəniz sahilində yerləşən kurort şəhəri Batumda yekun vurub. Onun Batuma getməsini erməni cəmiyyətinin əksər hissəsi, xüsusilə də, Rusiyanın bəzi siyasi dairələri birmənalı qarşılamayıb. Hazırda bu səfərlə bağlı ortaya daha maraqlı məqamlar çıxıb.
Azvision.az xəbər verir ki, Ermənistanın “Past” qəzeti Paşinyanın Gürcüstana rəsmi səfərinin Batum hissəsinin təfərrüatları ilə bağlı çox maraqlı məqamların üzə çıxdığını yazıb.

“Gürcü mənbələrimizin verdiyi məlumata görə, həmin gün Batumda Paşinyan gözlənilmədən 3-4 saatlığa “itib” və onun harada olduğu barədə nə gürcü tərəfi, nə də baş nazirin protokol xidmətinin əməkdaşları heç nə bilməyiblər. Həmin vaxtda onu kimin müşaiyət etdyini və ümumiyyətlə müşaiyət edilib-edilmədiyini aydınlaşdırmaq mümkün olmayıb. Paşinyanın bu müddətdə harada olduğu da məlum deyil. Bu məhz həmin məqamdır ki, dumanlı ehtimallar irəli sürmək təqdirəlayiq iş deyil. Amma öz-özlüyündə çox təəccüblü, hətta qəribə haldır”, - “Past” qəzeti vurğulayıb.

Sahil İsgəndərov
Azvision.az



Teqlər: Paşinyan   Gürcüstan  





Xəbər lenti