İrəvanda polis aksiyaçılara zor tətbiq edib - VİDEO

   İrəvanda polis aksiyaçılara zor tətbiq edib -   VİDEO
  18 Sentyabr 2021    Oxunub:1619
Hazırda Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir. Azvision.az xəbər verir ki, yerli medianın yaydığı məlumata görə, Şarl Aznavur adına meydana toplaşan etirazçılarla polislər və xüsusi təyinatlılar arasında gərginlik yaşanıb.
"Nikol xaindir" qışqıran xeyli sayda mitinq iştirakçısının saxlanıldığı bildirilir. Polis etirazçıların 21 sentyabr tədbirləri əleyhinə şüarlar səsləndirməsi, eləcə də baş nazirin ünvanına təhqiramiz fikirlər söyləməsinə imkan verməyib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkədə müstəqillik günü ilə bağlı genişmiqyaslı bayram tədbirlərinin keçiriləcəyini bəyan edib. Əksər ermənilər isə bunu ötən ilin sentyabrında başlayan müharibə zamanı ölmüş minlərlə hərbçinin yaxınlarına hörmətsizlik kimi qiymətləndirir.



Tural Tağıyev
Azvision.az



Teqlər: Aksiya   İrəvan   Polis  





Xəbər lenti