İrakli Qaribaşvili: "Azərbaycan qardaş dövlətdir"

      İrakli Qaribaşvili:    "Azərbaycan qardaş dövlətdir"
  18 Sentyabr 2021    Oxunub:757
Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir çox ölkələr üçün nümunədir. Deyə bilərəm ki, Azərbaycan Gürcüstan üçün yalnız qonşu deyil, həm də qardaş dövlətdir.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili söyləyib. Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, ölkələrimiz arasındakı dostluq münasibətləri yüksək səviyyədədir.

"SOCAR Gürcüstanda ən böyük investor şirkətlərdən biri olmaqla yanaşı, sosial layihələr də həyata keçirir. Müasir idman kompleksi Gürcüstana böyük hədiyyədir".

Baş nazir görülən işlərə, həyata keçirilən sosial layihələrə görə Azərbaycan dövlətinə və SOCAR şirkətinin rəhbərliyinə təşəkkür edib.

Azvision.az


Teqlər: Gürcüstan   Azərbaycan  





Xəbər lenti