Tacikistan və İran liderləri Əfqanıstanı müzakirə edib

Tacikistan və İran liderləri Əfqanıstanı müzakirə edib
  18 Sentyabr 2021    Oxunub:837
Tacikistan prezidenti Emoməli Rəhmon İran lideri İbrahim Rəisi ilə Düşənbədə danışıqlar aparıb.
Azvision.az xəbər erir ki, bu barədə Tacikistanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Dialoqun əsas mövzusu Əfqanıstandakı vəziyyət olub. Tərəflər qonşu ölkədəki siyasi və hərbi vəziyyətdən narahat olduqlarını bildiriblər, bu çətin vəziyyətin bölgənin təhlükəsizliyini və sabitliyini təhdid etdiyini söyləyiblər. Həm Rəhmon, həm də Rəisi Əfqanıstanda inklüziv hökumətə ehtiyac olduğunu ifadə edbilər.

"Əfqanıstanda yaşayan bütün xalqların və millətlərin maraqlarına, xalqın fikrinə hörmətlə yanaşmaq, beynəlxalq səviyyədə tanınmış standartlar çərçivəsində vətəndaşların hüquqlarını qorumaq lazımdır. Hesab edirik ki, yalnız belə bir yanaşma Əfqanıstanda sülhün və sabitliyin bərpasına əhəmiyyətli töhfə verə bilər", - Rəhmon deyib.

O, Əfqanıstana dair iki ölkənin mövqelərinin yaxın olduğunu bildirib: "Xarici qüvvələr bu ölkədə sabitliyə nail ola, təhlükəsizliyi təmin edə bilmədilər, əksinə vəziyyət daha da pisləşdi. Əfqanıstanda sabitliyə ehtiyac var".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Tacikistan   İran  





Xəbər lenti