Paşinyanın "primyom"u lağa qoyuldu - VİDEO

  Paşinyanın  "primyom"u lağa qoyuldu -   VİDEO
  18 Sentyabr 2021    Oxunub:2184
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsində gülüş hədəfinə çevrilib. Azvision.az xəbər verir ki, yerli media bu günlərdə Düşənbəyə səfər edən baş nazirin ənənəvi səhvləri ilə yadda qaldığını yazıb.
Bəzi saytlar Paşinyanın çıxışı zamanı Tacikistan prezidenti Emoməli Rəhmana isti qarşılanmaya görə təşəkküründə səhvə yol verməsinə dair video paylaşıblar. Ermənilər həmin görüntülərə-Paşinyanın "primyom" səhvinə görə məşhur Sovet filmindəki bir epizodu da montaj ediblər.

Xatırladaq ki, Paşinyan Düşənbədə protokol qaydasını pozması və kollektiv şəkil çəkdirilən zaman qeyri-adi davranışları ilə də gündəmə gəlmişdi.



Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Düşənbə  





Xəbər lenti