İrəvanda banka hücum edən Rusiya vətəndaşı saxlanılıb

İrəvanda banka hücum edən Rusiya vətəndaşı saxlanılıb
  18 Sentyabr 2021    Oxunub:992
Ermənistan mediası paytaxt İrəvanda banka hücum olması barədə məlumat yayıb.
Azvision.az xəbər verir ki, kriminal saytlar hücumun Rusiya vətəndaşı tərəfindən həyata keçirildiyini yazıb.

"İrəvanda banka hücumla bağlı cinayət hadisəsi baş verib. Gecə 04: 30 -dan 05: 00 -dək Ermənistan Polisinin Əməliyyat İdarəsi Mərkəzinə Baqramyan prospektində olan banklardan birində həyəcan siqnalının işə düşməsi barədə məlumat daxil olub. Fotomüxbir Qaqik Şamşyanın sözlərinə görə, hadisə yerində gələn polis banka zərər vurmuş şəxsi zərərsizləşdirməyi bacarıb. Məlub ki, bank binasının pəncərələrini sındıran şəxs Rusiya Federasiyası vətəndaşı imiş. 31 yaşlı Stanislav K. bank binasına pəncərəni sındıraraq daxil olub"-,məqalədə yazılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: İrəvan   Bank  





Xəbər lenti