"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

   "Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" -    Almaniyalı nazir
  18 Sentyabr 2021    Oxunub:947
"Avropa İttifaqı (Aİ) hərbi cəhətdən ABŞ-dan asılı olmadan daha müstəqil hərəkət etməyi bacarmalıdır".
Azvision.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.

"Bu, amerikalılardan ayrılmağımız demək deyil. Ancaq NATO çərçivəsi də daxil olmaqla digər maraqlarımızla bağlı vəziyyət yarana bilər. O zaman öz qüvvələrimizlə daha bacarıqlı olmalıyıq", - nazir bildirib.

O, xatırladıb ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra avropalı həmkarları təcili toplantıda vəziyyətdən çıxış yollarını müzakirə ediblər və onda sürətli reaksiya qüvvələri də müzakirə edilib: "Biz oktyabrın sonuna qədər bu cür qüvvələrin formalaşması üçün öz baxışımızı təqdim edəcəyik".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya   ABŞ  





Xəbər lenti