Kabildə iki partlayış olub

Kabildə iki partlayış olub
  18 Sentyabr 2021    Oxunub:634
Əfqanıstanın paytaxtı Kabildə iki partlayış törədilib, hadisədən zərərçəkənlər var.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadan məlumat yayıb.

Qeyd olunub ki, Daşte-Barçı bölgəsindəki ilk partlayış nəticəsində ölənlər var. İrfani Harrqotidəki 13-cü məhəllədə baş verən ikinci partlayışda isə olması barədə hələlik məlumat yoxdur.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Kabil   Partlayış  





Xəbər lenti