Niderlandın müdafiə naziri istefa verdi

Niderlandın müdafiə naziri istefa verdi
  17 Sentyabr 2021    Oxunub:1085
Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ank Beyleveld istefaya gedib. Buna səbəb Əfqanıstandan təxliyyəni yaxşı təşkil edə bilməməsidir.
Azvision.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Cümə axşamı ölkə parlamenti Beyleveldə və xarici işlər naziri Siqrid Kaaqa etimadsızlıq göstərib. Sonuncu dərhal istefa verib, müdafiə naziri isə qəbul etməyib.
Məlumata görə, Beyleveldin də üzvü olduğu Xristian Demokratik Çağırış Partiyasının təcili iclası keçirilib, bundan sonra o, istefa verəcəyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Niderland  





Xəbər lenti