Paşinyan və Rəisi yük daşımaları məsələsin müzakirə ediblər

Paşinyan və Rəisi yük daşımaları məsələsin müzakirə ediblər
  17 Sentyabr 2021    Oxunub:1833
Ermənistanın baş naziri Nikol Paşinyan Düşənbədə İran prezidenti İbrahim Rəisi ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər iki ölkənin münasibətlərinin müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsi məsələsini müzakirə ediblər. Paşinyan və Rəisi yük daşımalarının fasiləsiz təşkili və bölgədə gedən proseslərlə bağlı da fikir mübadiləsi aparıblar.

Paşinyanın sözlərinə görə, Ermənistan hökumətinin fəaliyyət proqramında region ölkələri arasında əlaqələrin əhəmiyyəti vurğulanır. Bu baxımdan o, İran liderinin Tehranın qonşularla əlaqələrin inkişafına böyük əhəmiyyət verməsi barədə bəyanatını xatırladıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Tacikistanda səfərdədir. O, sentyabrın 16-da KTMT-nin sammitində iştirak edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Ermənistan  





Xəbər lenti