Zaxarova: "Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi tez başlamalıdır"

  Zaxarova:  "Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi tez başlamalıdır"
  16 Sentyabr 2021    Oxunub:1879
Rəsmi Moskva Bakı və İrəvanın delimitasiya məsələlərinə dair təkliflərə cavab verməsini gözləyir.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, onlar Ermənistanla Azərbaycan arasında sərhədin müəyyən hissələrindəki vəziyyəti yaxından izləyir.

"Vəziyyətin inkişafı bir daha təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi erkən başlamalıdır".

XİN sözçüsü xatırladıb ki, Rusiya bu məsələ ilə bağlı təkliflərini həm Bakıya, həm də İrəvana təqdim edib:
"Biz bundan sonrakı kursun formalaşması üçün cavab gözləyirik”.

Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   Rusiya  





Xəbər lenti