Ermənistan hakimiyyəti müxalifəti cəzalandırır

  Ermənistan hakimiyyəti müxalifəti cəzalandırır
  14 Sentyabr 2021    Oxunub:1697
Gələn aydan ilin sonunadək Rusiyanın 102-ci hərbi bazası yerləşən ölkənin ikinci şəhəri Gümrü də daxil olmaqla, Ermənistanın onlarla şəhər və kəndlərində bələdiyyə seçkiləri keçiriləcək. Bu gün isə Ermənistan parlamentində Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Muçukyanın təqdim etdiyi hesabat müzakirə olunur.
Hər iki hadisəyə münasibət bildirən prlamentdəki «Ayastan» fraksiyasının katibi Artsvik Minasyan Ermənistan hakimiyyətinin həbsləri müxalifətə qarşı cəzalandırma mexanizminə çevirdiyini qeyd edib. Buna sübut kimi o, iyunda keçirilmiş parlament seçkilərində ehtimal edilən pozuntulara görə hakimiyyət yox, məhz müxalifət təmsilçilərinin tutulduğunu misal gətirib.

Ehtiyacı olanlara yardım edən kənd bələdiyyələrinin rəhbərləri və şəhərlərin merləri seçiciləri satın almaq cəhdlərində suçlandırılaraq, tutulduqları halda, eyni əməllərə görə hakimiyyətin təyin etdiyi qubernatorları günahlandırmaq barəbə heç düşünülmürdü də. Xidməti resurslar hesabına nazirlərin və deputatların analoji hərəkətləri, Paşinyanın Sünik vilayətinə təşviqat xarakterli səfəri nədənsə hüquqi-mühafizə orqanalrında etirazla qarşılanmırdı.

- Seçkiləri udmuş deputatlarımız Mxitar Zakaryan və Armen Çarçyan hələ də həbsdədirlər. Səhhəti kəskin şəklidə pisləşmiş Çarçyanla bağlı isə hakimiyyəti təmsil edən deputatlardan heç biri nə ictimai, nə də ki, özəl qaydada sorğu vermək istəmirlər. Halbuki, hakimiyyət təmsilçilərindən heç biri yol verdikləri pozuntulara görə cəzlanadırılmadıqları halda, müxailfətçilərə qarşı çox vaxt həbs cəzası tətbiq edilir. Hərçənd, belə addımın pozuntuya qarşı adekvat tədbir olduğu, yoxsa hakimiyyətin sadəcə repressiv metodlardan istifadə etdiyi sualı açıq qalır,- Minasyan bildirib.

Sahil İsgəndərov
Azvision.az


Teqlər:





Xəbər lenti