Tokioda sutkalıq yoluxmada antirekord

Tokioda sutkalıq yoluxmada antirekord
  05 Avqust 2021    Oxunub:721
Tokioda keçirilən Yay Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxma üzrə sutkalıq antirekord müəyyən olunub.
Azvision.az “Tokio-2020”nin təşkilat komitəsinin saytına istinadla xəbər verir ki, son sutka ərzində daha 31 nəfərdə yoluxma aşkar edilib.

Bildirilir ki, yoluxanlardan biri Yunanıstanın sinxron üzgüçülük üzrə komandasının üzvüdür. Beləliklə, həmin komandada yoluxanların ümumi sayı 6 nəfərə çatıb. Xatırladaq ki, bundan bir gün əvvəl Olimpiadada 29 nəfər koronavirusa yoluxan qeydə alınıb. Bu, yarışların son həftəsində yoluxanlar barədə orta göstəricidən təqribən 10 nəfər çoxdur.

Oyunlarla əlaqədar şəxslər arasında koronavirusa yoluxanların ümumi sayına gəlincə isə bu göstərici 353 nəfərə çatıb.

Azvision.az


Teqlər: Tokio   COVID-19  





Xəbər lenti