Müəllim olmaq istəyənlərə bu şans veriləcək

Müəllim olmaq istəyənlərə bu şans veriləcək
  04 Avqust 2021    Oxunub:1835
“MİQ imtahanlarında əsas məsələ digər namizədlərlə müqayisədə nə qədər bal toplamaqdır”.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazirin sözlərinə görə, yeniliklərdən biri budur ki, müəllimlər üçün bir neçə dəfə MİQ imtahanında iştirak imkanı yaradılacaq: “Bəzi təkliflər var idi ki, bir fənn üzrə bütün müəllimlər eyni gündə eyni imtahanı versin, eyni sualları cavablandırsın. Amma 15 min müəllimi eyni otaqda oturtmaq olmur. Onda da şikayətlər olur ki, bizim otağımızda nəzarət daha zəif idi, bizim otaq daha isti idi, daha soyuq idi, səs var idi və s."

E. Əmrullayev, ümumiyyətlə, eyni gündə eyni imtahanı keçirməkdənsə, bir müəllimə bir neçə MİQ imtahanında iştirak etmək şansı verməyin tərəfdarı olduğunu vurğulayıb.

Azvision.az



Teqlər: Müəllim  





Xəbər lenti