Zakir Həsənov ordunun döyüşə hazırlıq səviyyəsini yoxladı

   Zakir Həsənov ordunun döyüşə hazırlıq səviyyəsini yoxladı
  04 Avqust 2021    Oxunub:1999
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov azad olunmuş ərazilərdə yerləşən yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış bir neçə hərbi hissədə şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Bakıda keçirilən bədii gimnastika turnirinin növbəti qalibləri müəyyənləşib
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.

Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Azvision.az


Teqlər: MN    





Xəbər lenti