İraqdakı ABŞ hərbçilərinə hücum edilib

  04 Avqust 2021    Oxunub :447
İraqdakı ABŞ hərbçilərinə hücum edilib
ABŞ-ın İraqdakı hərbi hissəsinə məxsus avtomobil karvanı silahlı hücuma məruz qalıb.
Azvision.az xəbər verir ki, İraqın Küveyt ilə sərhədində yerləşən Carşin bölgəsindən Bağdad istiqamətinə hərəkət edən avtomobil karvanı atəşə tutulub. Silah-sursatla yüklü olan hərbi avtomobillərə ciddi ziyan dəyib.

Mətbuatda yer alan xəbərlərə görə, avtomobil karvanı ABŞ-ın Küveytdəki hərbi bazasından İraqdakı hərbçilər üçün silah-sursat daşıyıb. Bu bölgəyə İraq hökuməti tərəfindən nəzarət edilmir.

Azvision.az

Teqlər: ABŞ   İraq  






Xəbər lenti