Ermənistanda ərzağın qiyməti qalxıb

   Ermənistanda ərzağın qiyməti qalxıb
  04 Avqust 2021    Oxunub:1608
Ermənistanda ərzaq məhsullarında qiymət artımı müşahidə olunur. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Statistika Komitəsinin məlumatlarına istinad edən saytlar iyulda iyun ayı ilə müqayisədə çörək məhsulları və dənli bitkilərdə 0,3% inflyasiyanın qeydə alındığını yazırlar. Qəhvə, çay və kakaonun qiymətləri isə 0,4% bahalaşıb.

Alkoqolsuz içkilərin qiyməti iyuna nisbətən 1,4% azalıb. Amma ötən ilin iyul ayı ilə müqayisədə 13,5% bahalaşıb.
Şəkər tozu ilə bağlı keçən ildən başlayan inflyasiya hələ də davam edir. Bu ilin iyul ayında keçən ilin eyni dövrü ilə müqayisədə qiymət 39,4% artıb.

İl ərzində süd və pendir bazarlarında 12,1% bahalaşma qeydə alınıb.

Ət məhsullarında da qiymət artımı müşahidə olunur. Alkoqol və tütün məhsullarının qiymətləri isə 0,5 faiz artıb. İl ərzində bu məhsullarda 9,2% inflyasiya yaranıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ərzaq   Ermənistan  





Xəbər lenti