Harri və Meqan boşanacaq - Kral ailəsinin fotoqrafı

  04 Avqust 2021    Oxunub :549
Harri və Meqan boşanacaq -  Kral ailəsinin fotoqrafı
Şahzadə Harri və Meqan Marklın evliliyi uğursuz oldu. İkinci uşağın doğulması belə onların münasibətlərini xilas edə bilməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın məşhur fotoqrafı Kent Qevin “Insider”ə müsahibəsində bildirib.

Qevin uzun illər şahzadə Diana ilə çalışıb. Fotoqraf Diananın II Yelizavetanın oğlu şahzadə Çarlzla evləndiyi gündən bəri həyatını sənədləşdirib. Hətta onları səfərlərdə, turlarda müşayiət edib. Buna görə də kral ailəsinin pərdəarxası həyatı ilə yaxından tanışdır. 2017 -ci ildə şahzadə Harri və Meqan Markl nişanlandıqdan dərhal sonra Qevin cütlüyün Bukinqem sarayının təzyiqinə tab gətirməyərək boşanacaqlarını açıqlamışdı.

Qeyd olunub ki, cütlük azadlıq tapmaq ümidi ilə Londondan Kaliforniyaya "qaçdı". Lakin onların xaricdə də sakit və dinc həyat tapa bilmədilər. Fotoqrafa görə, Hollivudda heç kim monarxiya ilə işləməyə adət etməyib, ona görə də cütlük yeni sistemə "inteqrasiya" edə bilməyib və bilməyəcək.

"Bu evliliyə ilin sonuna qədər vaxt vermişəm. Hətta Bukinqem sarayından uzaqda olan Kaliforniyada da cütlük kral ailəsinin təzyiqini hiss edir. Bu, artıq pozulmağa başlayan həyat yoldaşlarının münasibətlərində də əks olunur. İkinci uşağa sahib olmaq belə, bu evliliyi xilas etməyəcək".

Qeyd edək ki, 2021-ci ildə cütlüyün ikinci övladı - qızları Lilibet Diana dünyaya gəlib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Britaniya   Kral-ailəsi  






Xəbər lenti