Rusiyada koronavirusdan ölənlərin sayı 161 mini ötüb

  04 Avqust 2021    Oxunub :380
Rusiyada koronavirusdan ölənlərin sayı 161 mini ötüb
Rusiyada son sutka ərzində koronavirusa 22 589 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 6 356 784 nəfərə çatıb.

Rusiyada son bir gündə 790 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 161 715 nəfərdir. İndiyədək 5 679 842 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Virus  






Xəbər lenti