Lənkəranda meşədəki yanğın məhdudlaşdırılıb

Lənkəranda meşədəki yanğın məhdudlaşdırılıb
  04 Avqust 2021    Oxunub:1380
Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Meydiyeva məlumat verib. Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti