"Qantas" 2500 işçisini ödənişsiz məzuniyyətə göndərir

"Qantas" 2500 işçisini ödənişsiz məzuniyyətə göndərir
  04 Avqust 2021    Oxunub:989
Avstraliyanın avia şirkəti olan "Qantas" 2500 işçisini ödənişsiz məzuniyyətə göndərəcək.
Azvision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilir ki, buna səbəb Sidneydə koronavirusla bağlı yaranmış gərgin vəziyyət olub. Ölkədə minlərlə uçuş ləğv edilib deyə şirkət pilotları, ekipajları və hava limanının işçilərini ən azı iki ay müddətinə tətilə göndərəcək.

"Qantas" bəyan edib ki, işçilərinə avqustun ortalarına qədər maaş verəcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: Məzuniyyət  





Xəbər lenti