Türkiyədə meşə yanğını ilə bağlı daha bir nəfər tutuldu

  03 Avqust 2021    Oxunub :606
Türkiyədə meşə yanğını ilə bağlı daha bir nəfər tutuldu
Antalyanın Manavqat rayonunda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Azvision.az"CNN Türk"ə istinadən xəbər verir ki, Manavgat Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində Kavaklı, Sarılar məhəlləsinə, odun anbarına, dülgərlik atelyesinə, bəzi evlərə və meşə sahəsinə zərər verən yanğını törədən şəxsin kimliyi bəlli olub. Əldə edilən dəlillər və ətrafdakı təhlükəsizlik kameralarının araşdırılması nəticəsində C.Y. -nın yanğının səbəbkarı olduğu aşkarlanıb.

Polis tərəfindən yaxalanan həmin şəxs bölmədə dindirilib. O, yanğını özü etmədiyini iddia etsə də, polisin sübutları qarşısında etiraz edə bilməyib. Törətdiyi əmələ uyğun olaraq C. Y. "qəsdən meşə yandırmaq" ittihamı ilə həbs edilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   Yanğın  






Xəbər lenti