Baş Prokuror deputatın polisi döyməsindən danışdı - VİDEO
Kamran Əliyev diqqətə çatdırıb ki, Milli Məclisin deputatı Eldəniz Səlimov iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyevə xidməti vəzifələrinin icrası zamanı zor tətbiq edib və Daxili İşlər Nazirliyi məsələnin araşdırılması üçün materialları Baş Prokurorluğa təqdim edib.
Toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb:
“Məsələnin mənəvi, etik və hüquqi tərəfi var. Deputatın bu hərəkəti yolverilməzdir. Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir. Təqdimatın təmin olunmasını xahiş edirəm”.
Azvision.az
Teqlər: Polis Baş-Prokuror