Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB

 Paşinyan yenidən Ermənistanın baş naziri oldu -  YENİLƏNİB
  02 Avqust 2021    Oxunub:1581
Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bundan öncə parlament çoxluğu Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürmüşdü.

***
12:12
Ermənistanın “Vətəndaş müqaviləsi” parlament fraksiyası rəsmi olaraq Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Azvision.az xəbər verir ki, bu barədə fraksiyanın katibi Nazeli Baqdasaryan “Facebook”da bildirib.

O qeyd edib ki, parlament çoxluğu tərəfindən Paşinyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülür.

Ermənistan Konstitusiyasına görə, yeni seçilmiş parlament öz işinə başladıqdan sonra ölkə prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi dərhal baş nazir təyin etməlidir. Kabinet isə baş nazir təyin edildikdən on beş gün ərzində formalaşır. Bundan sonra hökumət başçısı 20 gün ərzində Nazirlər Kabinetinin proqramını qanunverici orqana təqdim etməlidir.

Bu gün Ermənistanda 8 -ci çağırış parlamentin ilk iclası keçirilir. Yeni parlamentin 107 deputatı var. Hakim "Vətəndaş müqaviləsi" partiyası 71, sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku 29, üçüncü prezident Serj Sarkisyanın "Şərəfim var" bloku 7 mandatla parlamentdə təmsil olunur. Koçaryan mandatdan imtina edib, Sarkisyan isə seçkiyə qatılmayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Başnazir  





Xəbər lenti