Rusiya xarici işlər nazirinin sabiq müavini: “Jirinovski siyasi fırıldaqçıdır” – EKSKLÜZİV

  02 Avqust 2021    Oxunub :3618
   Rusiya xarici işlər nazirinin sabiq müavini:    “Jirinovski siyasi fırıldaqçıdır” – EKSKLÜZİV
“Vladimir Jirinovski Rusiyada Qorbaçovdan tutmuş Putinə qədər bütün hakimiyyətlər dövründə siyasi meydanda qalmağı bacaran ən məşhur siyasi fırıldaqçıdır”. Bunu Azvision.az-ın rus redaksiyasına açıqlamasında Rusiya Xarici İşlər nazirinin sabiq müavini, Rusiya Federasiyasının Koreya Respublikasında keçmiş səfiri Georgi Kunadze RLDP-nin sədri Vladimir Jirinovskinin Azərbaycan əleyhinə neqativ fikirlərini şərh edərkən söyləyib.
Nazir müavininin sözlərinə görə, ona çox şeyə icazə verilib: istənilən cəfəngiyyatı danışmağa, qadınabənzər göyçək oğlanlarla gəzib-dolaşmağa, qonşu dövlətin başçısına ədəbsizcəsinə “sən” deyə müraciət etməyə...

- Ancaq başa düşmək lazımdır ki, Jirinovskinin ədəbsiz hərəkət və sözlərinə açıq reaksiya verənlər sadəcə onun siyasi kapitalını artırırlar. Rusiyada özünəməxsus şəkildə “Jirik” adlandırılan, öz dumanlı tərcümeyi-halının bəzi xüsusiyyətlərinə görə, Türkiyəyə münasibəti xoş olmayan bu adam, yəqin ki, Azərbaycanı da sevmir. Hazırkı qalmaqalın kökü də buradandır, ancaq onu davam etdirməyin mənası yoxdur. Etiraz etmək və Azərbaycana giriş hüququndan məhrum etmək kifayətdir.

Jirinovskinin Azərbaycan liderini təhqir etməklə Kremlin “sifarişini” yerinə yetirməsi haqda rəylər də mövcuddur . Ancaq mən buna əmin deyiləm. Kremlin arxasında Türkiyə dayanan Azərbaycanla münasibətləri kəskinləşdirməsi mənə inandırıcı görünmür. Məncə, Rusiya gizlində bu özünəməxsus NATO ölkəsindən ehtiyatlanır, - G. Kunadze bildirir.

Azvision.az


Teqlər: Azərbaycan   Jirinovski  






Xəbər lenti