Rusiyada sərhəd gərginliyi: 1 həftədə 50 kəşfiyyat təyyarəsi izlənib

 Rusiyada sərhəd gərginliyi:   1 həftədə 50 kəşfiyyat təyyarəsi izlənib
  02 Avqust 2021    Oxunub:3652
Rusiya sərhədləri yaxınlığında gərginlik artmaqdadır. Ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, son bir həftə ərzində radiolokasiya sistemləri sərhədlərin yaxınlığında qırx xarici kəşfiyyat təyyarəsini və 10 PUA-nı izləyib.
Rusiyada təyyarə dənizə düşüb
Azvision.az "Krasnaya Zvezda" nəşrinə istinadla bildirir ki, bu şübhəli fəallığa baxmayaraq, Rusiyanın dövlət sərhədinin pozulması halı aşkarlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Sergey Şoyqu NATO qüvvələrinin Rusiya və Belarus sərhədləri yaxınlığındakı fəaliyyətindən narahatlığını ifadə etmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Rusiya   Sərhəd  





Xəbər lenti