Vladimir Bekiş: “Jirinovski Rusiya rəhbərliyinin bir hissəsinin mövqeyini çatdırır"
Onun sözlərinə görə, Kremlin Jirinovskiyə bunları söyləməsini əmr etdiyini demək həddindən artıq mübaliğəli olardı.
- Ancaq qəti şəkildə deyə bilərik ki, Jirinovskinin Azərbaycan və onun liderilə bağlı dedikləri Rusiya rəhbərliyinin bir hissəsinin Azərbaycanla bağlı mövqeyini ifadə edir. Bu düşüncələr artıq bir neçə dəfə Dövlət Dumasında, Prezident Administrasiyasında və hökumətdə səsləndirilib. Yəni Rusiyanın öz strateji maraqları və təsir zonaları var. Bu təsir zonalarında (Azərbaycan və Ermənistan şübhəsiz ki, onlara aiddir) Rusiya hər hansı təşəbbüslərin və ya rəqiblərin ortaya çıxmasının qarşısını almaq üçün istədiyini edəcək, - Bekiş bildirib.
Seymur Məmmədov
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya VladimirJirinovski