“Sırtıqları və həyasızları yerlərinə oturtmaq lazımdır” – Rusiyalı ekspert Jirinovskinin dediklərini şərh etdi (Eksklüziv)

  01 Avqust 2021    Oxunub :2248
   “Sırtıqları və həyasızları yerlərinə oturtmaq lazımdır” –    Rusiyalı ekspert Jirinovskinin dediklərini şərh etdi (Eksklüziv)
“Vladimir Jirinovski – çürüyərək, üfunət iyi verən siyasi meyitdir. O, heç vaxt ağzından çıxardığı sözlərin məsuliyyətini hiss etməyib. Buna görə də, Azərbaycan XİN-in notası onun ağlını başına gətirən dərs olacaq. Şəxsən mən Rusiya vətəndaşı olaraq, o cür yüksək çinli siyasətçinin dediyi bu sözlərə görə xəcalət çəkirəm”.
Bu sözləri AzVision.az -ın rus redaksiyasına açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib . O, Rusiya Liberal-Demokrat Partiyası sədrinin Azərbaycanla bağlı təhqiramiz açıqlamasını şərh edərkən söyləyib ki, ki, Jirinovski qalmaqallı siyasətçi imicini saxlamaq üçün ağzına gələni danışmağa hazırdır:
- Onun iqtidarla sövdələşməsi var ki, qalmaqallı açıqlamalarına görə dəyib-toxunmurlar, əvəzində RLDP Rusiya hakimiyyətinin bütün qanunvericilik təşəbbüslərini dəstəkləyir, - Xlopotov bildirib.
Jirinovskinin efirdə şalvarı düşdü - VİDEO

Ekspert xatırladıb ki, RLDP parlament partiyası olaraq, büdcədən hər il milyard rubldan çox vəsait alır. Məbləğ partiyaların elektoral dəstəyilə mütənasibdir. Lakin son zamanlar RLDP-nin elektoral dəstəyi sürətlə aşağı düşür, demək, maliyyəsi də azalacaq. Hazırda Rusiyada seçkiqabağı mübarizə başlayır və Jirinovskinin partiyası autsayderlərin arasındadır.

- Ona görə də, özünü hər yola qoymağa hazırdır – Xlopotov deyib,- Hərçənd, sonuncu açıqlaması elə bir axmaqlıqdır ki, onun bu sözləri deyərkən bəsit şəkildə siyasi sifariş yerinə yetirdiyini düşünmək istəyirsən. Məsələ ondadır ki, imicinə rəğmən, Jirinovski heç də təlxək və küt hoqqabaz deyil, kifayət qədər savadlı və işbilən siyasətçidir. Görünür, bu açıqlama ilə kimlərəsə yaltaqlanmağa, yarınmağa, sədaqətini sübut etməyə çalışıb. İstisna deyil ki, həm də erməni diasporunun sifarişini yerinə yetirib. Yəni şəxsi heç nə yoxdur, xalis biznesdir.

Ekspert hazırda Azərbaycanın güclü və dünyada nüfuzlu dövlət olduğunu vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq arenada Bakının nüfuzu kifayət qədər yüksəkdir. Bu, həm dövlətin, həm də şəxsən prezident İlham Əliyevin xidmətidir. “Azərbaycan belə liderlə fəxr etməlidir. Əgər hər dövlət başçısı İlham Əliyevin etdiklərini etsəydi, dünyada çoxdan qlobal rifah və çiçəklənmə dövrü başlayardı. Düşünürəm ki, Jirinovski də bunu əla bilir və içini kin, paxıllıq didir. Sırtıqları və həyasızları yerlərinə oturtmaq lazımdır. Bu baxımdan, Azərbaycanın notası yerində verilib. Düşünürəm ki, Vladimir Volfoviç dediklərinə görə utanıb, üzr istəyəcək”, - Xlopotov fikirlərini yekunlaşdırıb.

Seymur Məmmədov
Vüsal Məmmədov

Azvision.az

Teqlər: Jirinovski  







Xəbər lenti