Əfqanıstanda 254 yaraqlı öldürülüb

  01 Avqust 2021    Oxunub :457
Əfqanıstanda 254 yaraqlı öldürülüb
Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələrinin əyalətlərdə keçirdiyi əməliyyatlar zamanı 254 "Taliban" terrorçusu öldürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin "Twitter" səhifəsi paylaşım edib. Qeyd edilir ki, 97 yaraqlı yaralanıb.

Xatırladaq ki, hökumət qüvvələri ötən gün Qəzni, Qəndəhar, Herat, Farah, Cauzcan, Balx, Samanqan, Hilmand, Tahar, Kunduz, Baqlan, Kabul və Kapisa əyalətlərində geniş miqyaslı əməliyyatlar həyata keçiriblər.

Tural Tağıyev
Azvision.az

Teqlər: Əfqanıstan  







Xəbər lenti