"Jirinovski tutması" - Mirşahinin diaqnozu (Video)

  01 Avqust 2021    Oxunub :1044
   "Jirinovski tutması" -    Mirşahinin diaqnozu (Video)
“REAL” TV-də jurnalsit Mirşahin Ağayevin “"Jirinovski tutması" adlı sujeti yayımlanıb.
Azvision.az xəbər verir ki, müəllif Jirinovskini xəstəhal siyasətçi adlandırıb. Onun müxtəlif hadisələrə, insanlara qeyri-etik yanaşmasını əks etdirən nümunələr təqdim edib.

Bildirib ki, onun demokratiyaya münasibəti belədir.
Jirinovskinin efirdə şalvarı düşdü - VİDEO

"Bütün bunları həm də ona görə göstərirəm ki, demokratiya əllaməsi olmaq iddiasına düşən, Azərbaycan kimi öz müstəqillik konsepsiyasını müəyyən etmiş, məhz bu bağımsızlıq fəlsəfəsinin məntiqi nətisəsi olaraq qələbə qazanmış, ərazi bütövlüyünü bərpa etmiş dövlətə, onun qalib Ali Baş Komandanına, xalqın istiqlalına kəc baxan birisinin əslində kim, nə olduğu anlaşılsın", - Mirşahin bildirib.

Qeyd edək ki, bu gün Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.


Azvision.az

Teqlər: Jirinovski  







Xəbər lenti