“Tokio-2020”: İki güləşçimizin rəqibləri müəyyənləşib

   “Tokio-2020”:   İki güləşçimizin   rəqibləri müəyyənləşib
  01 Avqust 2021    Oxunub:896
Avqustun 2-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycanın iki güləşçisi mübarizəyə start verəcək.
Azvision.az xəbər verir ki, yunan-Roma güləşi yarışlarında Rafiq Hüseynov (77 kq),qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaqlar. Avqustun 1-də keçirilən püşkatma mərasimində təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.

R.Hüseynov səkkizdəbir finalda dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidis ilə qarşılaşacaq. Bu görüş A xalçasında keçiriləcək. R.Hüseynov rəqibinə qalib gələrsə, dörddəbir finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) mübarizəsində üstün olan güləşçi ilə üz-üzə gələcək.

E.Manolova ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə qarşılaşacaq. Bu görüş B xalçasında baş tutacaq. E.Manolova dörddəbir finala yüksələrsə Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) görüşünün qalibi ilə görüşəcək.

Bu çəki dərəcələrində ilk görüşlər Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Azvision.az



Teqlər: Tokio--2020  





Xəbər lenti