Rusiyada təyyarə dənizə düşüb

Rusiyada təyyarə dənizə düşüb
  31 İyul 2021    Oxunub:1088
Rusiyada Su-35 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Hadisənin Xabarovskda baş verdiyi bildirilir. Məlumata görə, təyyarənin mühərrikində nasazlıq olub.

"Xoşbəxtlikdən, pilot katapultdan istifadə edərək təyyarəni təkr etməyi bacarıb. Onun həyatı təhlükə altında deyil",-Rusiya saytı yazıb.

İlkin məlumatlara görə, təyyarə Oxot dənizində qəzaya uğrayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti